Enerji Məsələlərini Tənzimləmə Agentliyi sentyabrda Texniki Şuralara müraciətlərin sayını açıqlayıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən sentyabrda sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 351 müraciət qəbul edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bütün müraciətlər araşdırılıb və cavablandırılıb.
Müraciətlərə Bakıda və regionlarda yerləşən 15 “ASAN xidmət”, 3 “ASAN Kommunal” mərkəzlərində və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.