Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin qavraya bilmədiyi “yaxın qonşu - uzaq qohum” məntiqi

Ermənilərin qavraya bilmədiyi “yaxın qonşu - uzaq qohum” məntiqi

Bakı, 8 aprel, AZƏRTAC

Ermənistan mətbuatı həmişə olduğu kimi, arzu olunanı reallıq kimi təqdim etmək əzmindədir. Sayı barmaqla sayıla biləcək qədər olan Ermənistan KİV-ləri vaxtaşırı olaraq dünyanın bu və ya digər ölkəsində hansısa kəndin, qəsəbənin və ya şəhərin bələdiyyə rəhbərinin artıq İrəvanda da unutmağa başladıqları qondarma “Dağlıq Qarabağ” qurumunu tanıması haqqında bəyanatları bir-birindən köçürərək tirajlamaqla erməni cəmiyyətində xoşbəxtlik abı-havası yaratmağa çalışırlar. Bu kimi saxta və mənasız xəbərlər erməni jurnalistləri ilə yanaşı, beynəlxalq siyasətdən o qədər də baş çıxarmayan oxucularda da onların “Artsax” yanğısına su səpmək effekti yaşadır. Bu məsələdə fransızlar xüsusi fəallıq göstərərək, erməni qardaşlarının (və ya Makronun təbirincə desək, “balaca bacılarının”) yarasına məlhəm çəkməyə, növbəti dəfə erməniləri miflərə və əfsanələrə uyaraq bir anlıq da olsa özlərini xoşbəxt hiss etməyə sövq edirlər. Ötən həftə erməni lobbisinin Ermənistana ezam etdiyi Avropa Parlamentinin üzvləri Natali Uazo və Fransua Havier Belami də Ermənistanda rəsmi şəxslərlə və katolikosla görüşərək erməni mətbuatının qəhrəmanına çevriliblər. Fransada müxtəlif yerli icma rəhbərlərinin, bəzi hallarda isə hətta parlament üzvləri və icra strukturlarını təmsil edən məsuliyyətsiz siyasətçilərin erməni diasporunu məmnun etmək xatirinə səsləndirdiyi bəyanatlar, yazdıqları məktublar xüsusi canfəşanlıqla yerli erməni mətbuatının baş mövzusuna çevrilir.

Bunu AZƏRTAC-a açıqlamasında Avropa İttifaqı-

Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri, deputat Cavanşir Feyziyev bildirib.

Deputat qeyd edib ki, bu günlərdə erməni mətbuatının tilovuna əməlli-başlı “iri balıq” düşüb. Fransa Respublikası Parlamentinin yuxarı palatasında - Senatda respublikaçılar fraksiyasının rəhbəri olan Bruno Retayo özünü “Artsax Respublikası Milli Məclisinin sədri” adlandıran Artur Tovmasyan adlı bir şəxsə məktub göndərib. Cəmi 3 cümlədən ibarət məktubunda Bruno Senatın qəbul etdiyi qətnamənin“…dəhşətli sınaqlar və faciələrlə üzləşmiş erməni cəmiyyətində ümid yaratmasından məmnun olduğunu” bildirib. Senator Retayo ermənilərə bu qətnamədən doğan “ümidlərin tezliklə həyata keçməsini, Artsaxın azad və təhlükəsiz şəraitdə öz gələcəyini qura bilməsini” arzulayıb. Sonuncu cümləsində isə ermənilərin dəvətini məmnuniyyətlə qəbul etdiyini və mövcud vəziyyətin imkan verəcəyi halda “Artsaxı və artsaxlıları kəşf etmək üçün” qonaq gələcəyini vəd edib.

Maraqlıdır ki, Senatda fraksiya rəhbəri olan bu şəxs qondarma rejimlə bağlı qəbul edilən qətnamənin heç bir hüquqi əhəmiyyətə malik olmayan kağız parçası olduğunu bildiyi halda, erməni xalqına onu əhəmiyyətli bir sənəd kimi sırımağa cəhd göstərir. Bu, məsələnin hüquqi-nəzəri və mənəvi tərəfləridir. Sözügedən qətnamənin qəbulunun praktiki tərəfi isə erməniləri aldatmaq, sülh və barışığa səsləmək əvəzinə, yalançı ümidlər verməklə onları növbəti faciəyə gətirib çıxaracaq qisasçılığa sövq etməsidir. Bunu başa düşmək isə, ilk növbədə, ermənilərin özünə hava-su kimi lazımdır.

“Məsələ ondadır ki, Fransa Senatının məlum qətnaməsinin erməni separatçılarına verdiyi ümidlərin doğrulmayacağı hamıya, o cümlədən Azərbaycan ərazisində özlərini marginallaşdırmış Qarabağ ermənilərinə və hətta onların separatçılığını dəstəkləyən senatorun özünə də gün kimi aydındır. Belə olan halda, dünya tarixinin ən keşməkeşli hadisələrini yaşamış və ən ziddiyyətli siyasi qarşıdumalardan sağ çıxmağı bacarmış Avropanın aparıcı ölkələrindən biri olan Fransanın senatorunu ermənilərə yalan vədlər və ümidlər verməyə vadar edən nədir? Görünür, Bruno Retayo kimi bəzi Fransa siyasətçiləri yalan vədlər və ümidlər verməklə həm Fransa ermənilərinin xətrini xoş etmək, eyni zamanda, onların maliyyə yardımından faydalanmaq məqsədindən vaz keçə bilmirlər”, - deyə C.Feyziyev bildirib.

“Retayo ola bilər ki, növbəti seçkilərdən sonra ermənilərə təskinlik vermək iqtidarında olmayacaq”, - deyən deputat bildirir ki, onun kimi məsuliyyətsiz siyasətçilərin verdiyi saxta ümidlərə uyan ermənilər isə əvvəl-axır xəyal qırıqlığına məhkumdur. Hər dəfə xəyal qırıqlığına uğrayanda isə əvvəldən hazırlanmış ssenarilər üzrə “genosid” spekulyasiyaları işə düşür və bədbəxt ermənilərin “ekzistensial təhlükə” şüvəni bütün dünyanı bürüyür.

C.Feyziyev vurğulayıb ki, ermənilərin o qədər də uzun olmayan siyasi tarixlərində özlərinə dövlət yaratmaq cəhdləri dəfələrlə boşa çıxıb. Dəfələrlə baş vermiş uğursuzluq residivi onlar üçün artıq “keçilmiş dərs” olsa da, görünür ki, ermənilər hələ də bu dərsi yaxşı qavramayıblar. Ermənilər hələ də başa düşməyiblər ki, bütün dünyanı zinhara gətirmiş “erməni məsələsi” uydurma tarix əsasında yaradılmış əfsanələr və miflər hesabına həll oluna bilməz. Dəfələrlə başı daşa dəymiş ermənilər artıq özlərinin uydurduğu “tarixi qədimliyə və möhtəşəmliyə”, “erməni müstəsnalığına” özlərindən başqa heç kimin inanmadığını anlamalı və özlərinə dövlət qurmağın yalnız de-yure mövcud olduqları zaman və məkan çərçivələrində mümkünlüyünü qəbul etməlidirlər. Çağdaş dünyamızda uğurlu dövlət quruculuğunun örnəkləri kifayət qədər çoxdur. Nəhayət, ermənilər də özlərinin çoxəsrlik dövlət yaratmaq arzusuna çatmaq üçün bütün xalqların tarixi təcrübəsindən doğan “yaxın qonşu uzaq qohumdan irəlidir” məntiqini qavramalı, ilk növbədə, bölgə dövlətləri ilə yaxın qonşuluq və səmimi əməkdaşlıq yollarını axtarmalıdırlar. Əks təqdirdə, onların özlərinə milli dövlət yaratmaq arzuları elə arzu olaraq da qalmağa məhkumdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni