Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin Qərbi Azərbaycanın qədim tarixini saxtalaşdırmaq cəhdləri

Ermənilərin Qərbi Azərbaycanın qədim tarixini saxtalaşdırmaq cəhdləri

Bakı, 14 noyabr, AZƏRTAC

Qafqaz regionunda erkən sivilizasiya çağı eramızdan əvvəl II minilliyin ortalarında, yəni 3500 il bundan əvvəl tarixi Azərbaycan ərazisində təşəkkül tapıb. Həmin dövrdə Qarabağda Üzərliktəpə, Nərgiztəpə, Naxçıvanda Oğlanqala və Kültəpə, Urmiya gölünün qərbində Göytəpə kimi ilk şəhər məskənləri meydana gəlib. Azərbaycanın həm şimalında, həm də cənubunda eyni vaxtda şəhər mədəniyyəti geniş yayılıb və dövlətçilik ənənəsinin möhkəmlənməsi üçün zəmin formalaşıb. Eramızdan əvvəl II minilliyin sonu - I minilliyin əvvəllərindən başlayaraq əvvəlcə Aşşur mixi yazılı kitabələrində, daha sonra isə Urartu mənbələrində Azərbaycanın tarixi-coğrafi hüdudları daxilində mövcud olmuş tayfa və yer-yurd adları haqqında məlumat verilib. Bu mənbələrdə Araz çayından cənubda yerləşən Manna dövləti və onun şəhərləri ilə yanaşı, şimalda Naxçıvan, Göyçə və Zəngəzur bölgələrində qədim tayfalar və onların yaşadığı erkən şəhərlər haqqında məlumatlara rast gəlirik. Keçmiş SSRİ-də hakim dairələr tərəfindən Qafqaz regionunun qədim tarixini araşdıran tədqiqatçıların qarşısında Azərbaycan xalqının gəlmə olduğunu “əsaslandırmaq” üçün bir sıra tələblər qoyulduğundan elmi dəyəri son dərəcə əhəmiyyətli olan bir sıra mühüm konseptual məsələlər qəsdən təhrif edilərək saxtalaşdırılır və ya ört-basdır edilirdi. Bu saxtakarlığı hələ 500-600 il bundan əvvəl hazırlanmış xəritələr də təkzib edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə söyləyib. O bildirib ki, XVI əsrin birinci yarısında alman kartoqrafı K.Peytingerin hazırladığı “Peytinger cədvəli” adlı xəritədə qədim ölkələrin və şəhərlərin adları qeyd edilib. “Peytinger cədvəli” qədim dünya ölkələri haqqında məlumatların əks olunduğu və müasir dövrədək gəlib çatmış yeganə xəritədir. Bu xəritədə Azərbaycanın qədim dövlətləri olan Albaniya və Atropatenanın şəhərləri haqqında məlumatlara rast gəldiyimiz halda, ermənilərə məxsus hansısa bir şəhər adından bəhs edilmir. Eramızın II əsrində qədim yunan coğrafiyaçısı Klavdi Ptolemey “Kosmoqrafiya” adlı əsərində Qafqaz Albaniyasında 29 şəhərin mövcud olması haqqında məlumat verib. Qədim mənbələrdə Qafqaz regionunda ermənilərə aid heç bir yaşayış məntəqəsi qeyd edilməyib.

Ramin Əlizadə bildirib ki, Urartu irsinin erməni xalqının irsi kimi təqdim olunduğu tendensiyada mühüm tezislərdən biri də erməni tədqiqatçıları tərəfindən İrəvan şəhərinin Erebuni adı ilə “qədim erməni şəhəri” olduğunu iddia etmələridir. Əslində, Urartu hökmdarı I Argiştinin dövrünə aid mixi yazılı kitabədən məlum olur ki, onun ilahə İrbuninin şərəfinə inşa etdirdiyi məbəd və qalanın ermənilərə heç bir aidiyyəti yoxdur: “İrbuni urartuluların mənsub olduğu qədim hurri xalqının panteonunda mühüm yer tutan ilahə olub. Ermənilərin İrəvan şəhərini qədim erməni şəhəri kimi təqdim etməyə can atmaları heç bir mənbə ilə təsdiq edilmir. Erməni tədqiqatçıları son yüz ildə Qərbi Azərbaycan ərazisini “əzəli erməni torpağı” etmək üçün müxtəlif üsullara əl atıblar. Onların məşhur İrəvan şəhərinin qədim adının Erebuni olmasını iddia etmələrini bir sıra tutarlı dəlillər ifşa edir. Qeyd edək ki, eramızdan əvvəl VIII əsrin əvvəllərində urartulular tərəfindən inşa edilmiş bu qədim Urartu qalası azərbaycanlılar tərəfindən Qanlı qala adlandırılan ərazidə yerləşir. İki yüz il əvvəl bu torpaqlara köçürülmüş ermənilər hətta bu qalanın adını da sadəcə öz dillərinə tərcümə edərək “Arin-berd” adlandırmışlar. Bu fakt Qərbi Azərbaycan ərazisindəki yer-yurd adlarına qarşı erməni saxtakarlığının bariz nümunəsidir.

Eramızdan əvvəl IX əsrin ortalarında Van gölü hövzəsində yaranmış Urartu dövləti bir əsrdən artıq müddət ərzində Cənubi Qafqaza, eləcə də Azərbaycan ərazisinə hücumlar edib. Urartu dövlətinin başlıca rəqibi Yaxın Şərqin ən güclü dövlətlərindən biri olan Assuriya imperiyası idi. Assuriya hərbi-siyasi qüdrətinə görə dövrünün ən güclü dövləti olduğundan Urartu hökmdarları onunla müharibəyə girməkdən çəkinirdilər. Aşşurlar Urartunun bir neçə mərkəzi qalalarını yerlə-yeksan ediblər. Buna görə də Urartu hökmdarları Mesopotamiya istiqamətində hücumlara ara verib, əsasən Cənubi Qafqaza talançı basqınlar etməyə başladılar. Eramızdan əvvəl VIII əsrin 80-ci illərində Urartu hökmdarı I Argişti müasir İrəvan və onun ətrafındakı ərazilərə hücum edərək burada bir neçə möhkəmləndirilmiş qalalar inşa etmişdi. Urartu hökmdarı I Argiştinin dövrünə aid mixi yazılı kitabədən məlum olur ki, o, eramızdan əvvəl 782-ci ildə müasir İrəvan şəhərindən kənarda ilahə İrbuninin şərəfinə məbəd inşa etdirmişdi. Urartu kitabələrində Zəngi çayının Araza töküldüyü yerdən Göyçə gölünün cənub-qərb sahillərinə qədər ərazi Aza ölkəsi adlanırdı. Aza toponimi Ordubad rayonunun Aşağı və Yuxarı Aza kəndlərinin adında indiyədək gəlib çatıb. Bu kəndlərin yerli əhalisi isə azərbaycanlılardır”.

“Urartuluların mənşə baxımından müasir ermənilərə və ya haylara heç bir aidiyyəti yoxdur. Urartu kitabələrinin heç bir yerində hay adlı toplumdan bəhs edilmir. Erməni dili Hind-Avropa dil ailəsinə aiddir, Urartu dili isə Ön Asiyanın qədim dillərindən olan hurri dilinin bir qolu olub, Hind-Avropa dil ailəsinə daxil deyil. F.Hommel, A.Qotze, İ.M.Dyakonov kimi tanınmış tədqiqatçılar Urartu dilinin Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupuna daxil olduğunu qeyd ediblər. Q.Kapansyan və onun yetirməsi olan G.Caukyan heç bir ciddi elmi dəlilə əsaslanmadan Urartu dilini Hind-Avropa dil ailəsinə aid ediblər. Onlar bu cür uydurma fərziyyələri ilə Urartu və erməni dillərinin genetik bağlılığını sübut etməyə cəhd göstəriblər. Qeyd edək ki, eramızdan əvvəl V əsrdə yaşamış yunan tarixçisi Herodot “Tarix” əsərində ermənilərin friqlərlə birlikdə Trakyadan Kiçik Asiyaya köçdüklərini yazıb. 1872-1877-ci illərdə isə alman dilçisi A.D.Mordmann Urartu dilinin erməni dili ilə qohumluq əlaqəsinin olmadığını sübut edib.

Beləliklə, müasir İrəvan şəhəri yaxınlığında yerləşən İrbuni qalasının Urartu qalası olduğunu və abidənin erməni toplumuna aidiyyətinin olmadığını tutarlı dəlillər təsdiq edir. Ermənilər sonradan bu qalanın üzərində müxtəlif saxta kitabələr düzəltmişlər. Erməni tədqiqatçısı N.Arutyunyan İrbuni adını təhrif edərək Erebuni kimi oxumuşdur. Əslində onun Erebuni kimi oxuduğu saxta kitabənin də sonradan buradakı Urartu qalasının divarına bərkidildiyini açıq-aydın görmək mümkündür”, - deyə Ramin Əlizadə fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

NİİM: Bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik