Ermənistan bu dəfə də ABŞ-ın qəzəbinə tuş gəlib
Bakı, 13 fevral, AZƏRTAC
Suriyada humanitar missiya yerinə yetirəcəyini və bu ölkədə hərbi əməliyyatlarda da iştirak edəcəyi ehtimalının olduğunu bəyan edən işğalçı Ermənistan bu dəfə də Vaşinqtonun qəzəbinə tuş gəlib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Ermənistanın Suriyaya həkim və sapyorlardan ibarət qrup göndərməsi ABŞ hakimiyyətinin sərt etirazına səbəb olub. Birləşmiş Ştatlar Dövlət Departamentinin bununla bağlı yayılmış bəyanatında bildirilir ki, Yerevanın “Əsəd rejiminə” yardım missiyasında iştirakı qəbuledilməzdir. Vaşinqtonun rəsmi bəyanatında deyilir: “Dövlət Departamenti üçüncü dövlətlərin Suriyada yaranmış humanitar vəziyyətə həssaslığını anlayır. Lakin ABŞ bu məsələdə də Suriya Silahlı Qüvvələri ilə hər hansı əməkdaşlıq etmək istəmir. Biz, həmçinin Ermənistanın da bu missiyada iştirakını dəstəkləmirik”.
Xatırladaq ki, bu günlərdə Ermənistanın müdafiə naziri D.Tonoyan öz bəyanatında erməni hərbçilərinin Suriyada hərbi əməliyyatlarda iştirak edəcəyi ehtimalını da istisna etməyib. Bəyanatın ciddi fəsadlar doğuracağını anlayan baş nazir N.Paşinyan isə onun bu sözlərini təkzib edib və “jurnalistlərin sualı düzgün vermədiyini və cavabın da başqa kontekstdə olduğunu” iddia edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]