Ermənistan Müdafiə Nazirliyi muzdlu əsgərin ölümünü gizlədib
Bakı, 11 fevral, AZƏRTAC
Ermənistan Müdafiə Nazirliyi Yeni il gecəsi güllələnən muzdlu əsgər Edqar Qriqoryanın ölümünü gizlədib.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu jurnalistlərə ölkənin ombudsmanı Arman Tatoyan bildirib. Onun sözlərinə görə, məsələni dəqiqləşdirmək üçün Ermənistan Müdafiə Nazirliyinə və hərbi prokurorluğa sorğu göndərilib.
“Biz aydınlaşdırmaq istəyirik ki, muzdlu əsgər hansı şəraitdə öldürülüb və bu fakt nədən ictimaiyyətə açıqlanmayıb”, -deyə ombudsman vurğulayıb. O əlavə edib ki, sözügedən məsələ cəmiyyətdə böyük rezonans doğurub.
Erməni mətbuatının yaydığı xəbərdə deyilir ki, ölən əsgərin üç azyaşlı uşağı var. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti isə qəribə məlumat yayıb: ”Biz əsgərin ölümü barədə məlumat verməmişik, amma onu gizlətməmişik”.
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsi də bu məsələnin araşdırılmasına başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]