Ermənistanın Füzuli və Zəngilanda minalanmış ərazilərin xəritələrini təqdim etməsi Misir KİV-lərində
Qahirə, 4 iyul, AZƏRTAC
Ermənistanın işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim etməsi xəbəri Misir KİV-lərinin diqqət mərkəzində olub.
Misirin “Əl Masr Əl Yom” qəzeti, “Aldiplomasy”, “Əxbar Əl Yom” informasiya portalları AZƏRTAC-a istinadla bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatını yayıblar. Xəbərlərdə diqqətə çatdırılıb ki, humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]