Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın təxribatçı bəyanatlarla çıxış etməsi üçün ciddi hərbi potensialı yoxdur – ŞƏRH

Bu il Ordumuzun qarşısına qoyulan əsas tapşırıqlardan biri Qarabağda qanunsuz erməni quldur dəstələrinin silahsızlaşdırılmasıdır

Bakı, 18 yanvar, AZƏRTAC

Prezidentin yerli televiziya kanallarının jurnalistlərinə verdiyi müsahibə həm də 2023-cü il üçün siyasi və hərbi yol xəritəsi idi. Bu, əslində Azərbaycanın hərbi strukturlarına 2023-cü ildə mövcud ola biləcək təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində hərbi direktiv və ya təlimat da hesab oluna bilər. Həmin müsahibə zamanı xüsusilə iki istiqamətdə göstəriş verildiyini deyə bilərik. Birincisi, dövlətimizin əsas təhlükəsizlik konsepsiyası Ermənistan tərəfindən mövcud ola biləcək təhdid və təhlükələrə qarşı hazırlanıb. Ötən il İranın da Ermənistana verdiyi dəstək çərçivəsində bunun miqyası daha da genişlənib. Bununla da Silahlı Qüvvələrimizin bu il qarşısında qoyulacaq tapşırıqların sayı da artıb. Prezidentimizin müsahibəsində Ermənistana göndərilən mesaj ondan ibarətdir ki, həmin ölkə Azərbaycanla revanşist bəyanat və ritorika ilə danışmaqdan uzaqlaşmalı və imzalanmış üçtərəfli Bəyanatın icrasına köklənməlidir, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Çünki Ermənistanın təxribatçı bəyanatlarla çıxış etməsi üçün ciddi hərbi potensialı yoxdur. Xüsusən də 44 günlük Vətən müharibəsindən sonra ordumuz Ermənistanın hərbi imkanlarının 60-70 faizini məhv etdi. Yəni, düşmən öz zirehli nəqliyyat vasitələrinin əksəriyyətini döyüş meydanında qoyub qaçdı, digər hissəsi yararsız hala düşdü. Belə bir vəziyyətdə revanşist bəyanatlar səsləndirmək və təxribatyönümlü addımlar atmaq gülünc və absurddur.

AZƏRTAC xəbər verir ki, bunu ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Bildirib ki, Ermənistanın Azərbaycanla sərhəddə hər hansı ciddi təhlükə yarada biləcək gücü yoxdur. Sadəcə olaraq onlar atəşkəsin pozulmasını lokal dislokasiya mövqelərindən həyata keçirə bilərlər. Ermənistan müxtəlif səbəblər uyduraraq, Avropaya atəşkəsin pozulmasını imitasiya edə bilər ki, guya onlar təhlükə altındadırlar və blokadaya düşüblər. Sonra da həmin proseslər Avropa institutlarının hesabatları üçün şərti sərhəddə atəşkəsin pozulması kimi ssenariləşdiriləcək: “Eyni zamanda, Azərbaycan avropalı tərəfdaşlarına hər hansı bir təhlükə ilə üzləşəcəyimiz təqdirdə, dərhal hərəkətə keçəcəyimiz barədə əvvəlcədən bildirib. Beynəlxalq aparıcı qüvvələrin bu hadisələrə reaksiyası adekvat olub. Yəni, ölkəmizin əməliyyat keçirməsinə və ya keçirəcəyinə görə heç kim bizi qınamayıb, heç kim bizi günahlandırmayıb. Çünki hər kəs görüb ki, toqquşmaların səbəbkarı Azərbaycan yox, Ermənistandır. Əslində Silahlı Qüvvələrimiz, xüsusən birinci eşalon bölmələrinin birlik və birləşmə komandirləri atəşkəs pozulacağı halda cavab tədbirləri görməyə hazırdırlar”.

E.Şıxəliyevin sözlərinə görə, 2023-cü ildə əsas narahatçılığımız Qarabağ ərazisində yuva salmış separatçı qurumun tabeçiliyindəki qeyri-qanuni erməni hərbi birləşmələr olacaq. Əgər Azərbaycan ərazilərində qeyri-qanuni silahlı hərbi qruplaşmalar varsa, bu, bizim üçün real təhdid və təhlükədir. İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli Bəyanatın 4-cü bəndində göstərilir ki, Ermənistan tərəfi Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi ərazilərimizdən özünün bütün silahlı dəstələrini çıxarmalıdır. Lakin Bəyanatın həmin bəndi hələ də icra olunmayıb və erməni hərbi birləşmələri orada qalıb. Onlar bizim üçün terrorçu qruplaşma hesab olunur. Bizim ərazilərimizdə qanunsuz qruplaşmaların mövcudluğu isə qırmızı xəttimizdir. Odur ki, 2023-cü ildə Silahlı Qüvvələrin qarşısına qoyulan əsas tapşırıqlar həmin erməni quldur dəstələrinin silahsızlaşdırılmasıdır. Xüsusən də Müdafiə Nazirliyində keçirilən sonuncu xidməti müşavirədə nazir, general-polkovnik Zakir Həsənov Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları Qarabağın perimetrində olan birlik və birləşmə komandirlərinin, bütün qoşun növləri komandanlarının, baş idarə, idarə və xidmət rəislərinin diqqətinə çatdırıb. Bu il Qarabağın Azərbaycanın yurisdiksiyasına keçməsi ilə Ermənistanın artıq ölkəmizlə sülh sazişi imzalaması və qeyri-qanuni birləşmələrin ərazilərimizdən çıxarılması labüddür. Dövlətimizin başçısının dediyi kimi, sərhəddə vizual müşahidə Azərbaycan tərəfinə imkan verir ki, istənilən təhlükəni bəri başdan görsün və onun qarşısını alsın. İnanırıq ki, əməliyyatlar zamanı üç dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan sülh müqaviləsini imzalamasının qaçılmaz olduğunu anlayacaq. Onlar bunu nə qədər tez anlasalar, o qədər də bölgədə sülhün bərqərar olması tezləşəcək.

“Biz separatçı rejimin nəzarətindəki qeyri-qanuni birləşmələrə və gələcəkdə ərazilərimizdə yaşamaq istəyən ermənilərə sonuncu dəfə təklif irəli sürürük ki, əllərindəki silahları yerə qoysunlar. Əgər onlar bunu etməsələr, Azərbaycan onları tamamilə silahsızlaşdıracaq, yəni antiterror əməliyyatların keçirilməsi artıq zərurətə çevriləcək. Hər bir halda Silahlı Qüvvələrimizin 2023-cü il hərbi yol xəritəsinə görə, qeyri-qanuni birləşmələrin ərazimizdən hərbi əməliyyatla çıxarılması variantına da hazır olmalıyıq. İndiki mərhələdə həmin ərazilərdəki birinci eşalon hərbi birliklərimizin, komando briqadalarımızın əməliyyatlar zolağındakı tapşırıqlarına baxsaq, o zaman erməni quldur dəstələrinin bizə ciddi müqavimət göstərə biləcək gücdə olmadıqlarını anlayarıq”, - deyə hərbi şərhçi əlavə edib.

Hərbi ekspertin sözlərinə görə, antiterror əməliyyatının aparılmasının zəruriliyi qarşı tərəfin bundan sonrakı davranışından asılı olacaq. “Fərrux”, “Qisas” əməliyyatları və sərhəd istiqamətində silahlı insidentlər zamanı ermənilər Azərbaycan Silahlı Qüvvələrini təhrik etdilər. E.Şıxəliyevin proqnozlarına əsasən, erməni silahlı dəstələri eyni yolla hərbçilərimizi yenə əməliyyat aparmağa təhrik etmək üçün atəşkəsi poza bilər və Rusiya sülhməramlı qüvvələrinin arxasında gizlənə bilərlər. Bu isə ermənilərin məkrli hiyləgərlik planlarının bir hissəsi ola bilər. Separatçı rejimin siyasi və hərbi rəhbərliyinin hansı yolu seçməsindən asılı olmayaraq, qeyri-qanuni birləşmələrin həmin ərazilərdən çıxarılması istiqamətində 2023-cü il onlar üçün sonuncu imkan olacaq. Ümumiyyətlə, insidentlərin səbəbi olan amillərin bu il aradan qaldırılmasını gözləyə bilərik.

Polkovnik-leytenant bildirib ki, Laçın nəzarətimizdə olduğu üçün erməni hərbçilərdə təslimçilik ritorikası ab-havası hökm sürəcək: “Əgər Ermənistandan Azərbaycanın strateji məqsədlərini sülh yolu ilə həyata keçirmək yönündə müsbət mesajlar gəlməyə başlasa, onda sərt güc tətbiq etməyə ehtiyac qalmayacaq. Ümumiyyətlə, Azərbaycan tərəfinin mövqeyinin sözdən ibarət olmadığını düşmən 44 günlük müharibənin nəticələrindən bilir. Biz fikrimizdə qətiyyətliyik və dövlətimizin başçısının mövqeyi də məlumdur. Bütün Qarabağ ərazisinin Silahlı Qüvvələrimizin tam nəzarəti altına keçməsi yönündə ermənilərə verilmiş son müddət 2023-cü ildə yekunlaşacaq. Ona görə Ermənistan da bunu anlamalı və üçtərəfli Bəyanatın icrasına yönələn nəzərəçarpacaq addımlar atmalıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində