FHN: Göyçayda bazarın ərazisində beş mağaza yanıb
Bakı, 8 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Göyçay rayonunda bazarda baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Göyçay şəhəri Ü.Hacıbəyli küçəsindəki bazarın ərazisində ümumi sahəsi 100 kvadratmetr olan beş mağaza və içərisində mallar yanıb. Bitişik digər mağazalar və bazarın ərazisi yanğından mühafizə olunub. Alov saat 17:15-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.