FHN-in bir qrup əməkdaşı “Xarıbülbül” zirvəsinə yürüş edib
Bakı, 7 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup əməkdaşı 8 Noyabr - Zəfər Günü münasibətilə “Xarıbülbül” zirvəsinə yürüş edib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dəniz səviyyəsindən 2 min 783 metr yüksəklikdə, Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən “Xarıbülbül” zirvəsinə qalxan əməkdaşlar burada Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bərabər FHN-in rəmzi olan bayrağı dalğalandıraraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.