FHN-in İdman-sağlamlıq klubunun üzvü beynəlxalq turnirdə qızıl medal qazanıb
Bakı, 18 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun üzvü sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnirdə qızıl medal qazanıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çempionatda Ələsgər Məmmədəliyev (54 kq) bütün rəqiblərin üstələyərək turnirin qalibi olub. İdmançını turnirə məşqçi Saypulla Absaidov hazırlayıb.
FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Fizuli Musayev Ə.Məhəmmədəliyev ilə görüşərək ona təbriklərini çatdırıb, qiymətli hədiyyələr təqdim edib.
Turnirdə 11 komandanın heyətində 100-dək idmançı səkkiz çəki dərəcəsində mübarizə aparıb.