FHN-in nümayəndələri beynəlxalq seminarda iştirak edib
Bakı, 16 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının əməkdaşı Oruc Cəfərov Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən “Mühüm ictimai tədbirlərin nüvə təhlükəsizliyi və fövqəladə cavab tədbirləri” adlı seminarda iştirak edib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təşəbbüsü ilə təşkil edilən seminarın keçirilməsində əsas məqsəd mühüm ictimai tədbirlərin nüvə təhlükəsizliyinin təmin edilməsi sisteminin qurulması və tətbiqi işinin təşkil edilməsi haqqında tədbirlərin təşkilatçı ölkələrini məlumatlandırmaq olub.
Tədbir zamanı ekspertlərin irimiqyaslı tədbirlərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində təqdimatları dinlənilib, həmçinin mühüm əhəmiyyətli tədbirin keçiriləcəyi şərti ərazilərdə gizlədilən radioaktiv mənbələrin müəyyən edilməsi və növünün təyin edilməsi üzrə məşğələlər təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:39]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:31]
Dərmanların təhlükəsizliyi necə qorunur?
- 09.06.2026 [11:27]
“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]