FİNLANDİYA ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN SÜLH YOLU İLƏ HƏLLİNDƏ MARAQLIDIR
Görüş üçün xarici işlər nazirinə təşəkkürünü bildirən Terhi Hakala son zamanlar ölkəsinin Azərbaycana olan marağının artdığını və iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün çalışmağın vacibliyini vurğulamışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduqlarını bildirən səfir ölkəsinin ATƏT-in üzvü olduğunu və münaqişənin nizamlanmasına dair prosesləri yaxından izlədiklərini qeyd etmişdir.
Xarici işlər naziri Elmar Məmmədyarov Tehri Hakalanı Azərbaycana yeni səfir təyin olunması münasibətilə təbrik edərək, onun ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsində fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirmişdir. İqtisadi və strateji baxımdan Azərbaycanın böyük əhəmiyyətə malik ölkə olduğunu vurğulayan nazir, Finlandiyanın ölkəmizdə həyata keçirilən iqtisadi layihələrdə iştirakı üçün bütün şəraitlərin mövcudluğunu vurğulamışdır. Finlandiyanın siyasi dəstəyini yüksək qiymətləndirən Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dünya ictimaiyyətinin beynəlxalq hüquq normalarına əsaslanan rəyinin çox vacib olduğunu söyləmişdir.
Görüşün sonunda nazir səfirin etimadnaməsinin surətini qəbul etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]