FİRDOVSİ ATAKİŞİYEVİN ÇIXIŞI
Dövlət Rus Dram Teatrının aktyoru FİRDOVSİ ATAKİŞİYEV 1993-cü ildə Azərbaycanın başı üstünü qara buludlar alanda dünya şöhrətli siyasi xadim Heydər Əliyev hakimiyyətə qayıtdığı anı yada saldı, belə bir hərəkatın yaradılması işində iştirak etməsindən məmnun qaldığını nəzərə çarpdırdı, böyük bir ideya ətrafında birləşdiklərinə görə gənclərə minnətdarlığını bildirdi. O dedi ki, biz sənət adamları çox kövrək oluruq. Bizə ürəyimiz istəyən qədər öz fəaliyyətimizi davam etdirmək üçün sakit sərait lazımdır. Bu şəraiti də məhz cənab Heydər Əliyev yaratmışdır. İnanıram ki, qarşıdan gələn seçkilərdə möhtərəm Prezidentimiz qalib gələcəkdir. Çünki Prezidentimizin biz gənclər kimi böyük arxa-dayağı vardır.