FİTOSANİTAR XİDMƏTİN MÜVAFİQ XARİCİ QURUMLARLA ƏMƏKDAŞLIĞI YÜKSƏK SƏVİYYƏDƏDİR
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Məmmədəli Dünyamalıyev AZƏRTAC-a bildirmişdir ki, müstəqillik qazandıqdan sonra Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO), Avropa və Aralıq dənizi hövzəsi regional Bitki Mühafizəsi Təşkilatının Konvensiyasına (EPPO) və s. üzv olmuşdur.
M.Dünyamalıyev vurğulamışdır ki, Dünya Ticarət Təşkilatına üzvlük prosesi çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən biri də bitki mühafizəsi və sağlamlığının qorunması ilə bağlıdır. Respublikada bitki mühafizəsi və karantini sahəsində bir sıra işlər görülmüş, fitosanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, yeni qanunların icra mexanizmləri xeyli təkmilləşdirilmişdir.
Xidmətin rəisi diqqətə çatdırmışdır ki, dünya bazarına bitki, bitki mənşəli məhsulları çıxarmaq üçün ölkədə fitosanitar sabitliyin qorunması vacibdir. Bu baxımdan ölkəmizə xaricdən gələn hər hansı zərərvericinin qarşısını almaq üçün xidmət öz işini daha da gücləndirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]