Formula 1 2021-ci ilin aerodinamik borulu avtomobilinin ilk fotolarını yayıb
Bakı, 22 avqust, AZƏRTAC
Formula 1-in mətbuat xidməti 2021-ci ilin aerodinamik borulu avtomobilinin ilk fotolarını yayıb.
AZƏRTAC xəbər verir ki, yeni bolidin “Zauber” aerodinamik borusunda ilk sınaqları cari ilin iyul ayında, Almaniya Qran-Prisindən əvvəl təşkil olunub. Testləşdirmələr tam məxfi şəraitdə keçirilib.
Hələ yanvar ayında keçirilən ilk sınaqlarda bolidin 60 faizi 2018-ci ilin maşınının hissələrindən ibarət idi. İkinci testlər mart ayında yerinə yetirilib.
2021-ci ilin bolidinin işlənib hazırlanmasında ötmə əməliyyatı üçün şəraitin yaradılmasına xüsusi diqqət ayrılıb. Bununla bağlı ideya müəllifləri bolidlərin bir-birinin ardınca getməsinə şərait yaratmaqdan ötrü avtomobildən sonra qalan “çirkli” aerodinamik axının aşağı salınmasına çalışırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]