İDMAN
Formula 1 üzrə ilin ən yaxşı pilotunun adı açıqlanıb
Bakı, 17 dekabr, AZƏRTAC
Formula 1 üzrə dünya çempionatının ilin ən yaxşı pilotu müəyyənləşib.
AZƏRTAC çempionatın rəsmi saytına istinadla xəbər verir ki, komandaların rəhbərləri arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, ilk pilləyə yeddiqat dünya çempionu “Mercedes”in britaniyalı pilotu Luis Hamilton layiq görülüb. O, klub rəhbərlərindən 171 xal toplayıb.
İkinci sırada 156 xalla “Red Bull Racing”in pilotu Maks Ferstappen yer alıb. “Ferrari” komandasının monakolu Şarl Lekler (132 xal) isə üçüncü olub.
Səsvermənin nəticələrinə əsasən digər pillələrdə müvafiq olaraq Daniel Rikkardo (“Maklaren”, 95 xal), Serxio Peres (“Racing Point”, 82 xal), Corc Rassel (“Uilyams”, 75 xal), Lando Norris (“Maklaren”, 45 xal), Karlos Sayns (“Ferrari”, 37 xal), Valtteri Bottas (“Mercedes”, 27 xal) və Pyer Qasli (“Maklaren”, 27 xal) qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]