FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNDƏ GÖRÜŞ
Səfir Kəmaləddin Heydərovu yeni təyinatı ilə əlaqədar təbrik etmiş, nazirliyin funksiyası, fəaliyyət istiqamətləri ilə maraqlanmışdır.
Nazir K.Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Fövqəladə Hallar Nazirliyinin məqsədini açıqlamış, həyata keçirilən işlərlə bağlı ətraflı məlumat vermişdir. Nazirliyin əsas məqsədinin Azərbaycan Respublikasında təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınmasını və nəticələrinin aradan qaldırılmasını, belə hallarda xilasetmə-bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə olunmasını, ölkədə mülki müdafiə işinin həyata keçirilməsini təmin etməkdən ibarət olduğunu bildirən Kəmaləddin Heydərov, bu cəhətdən beynəlxalq aləmdə özünü doğrultmuş təcrübənin iş prosesində tətbiqinə ciddi diqqət yetirildiyini söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]