Azərbaycan Dövlət İnformasiya Agentliyi

FRANKFURT-MAYNDA AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN ÜÇÜNCÜ QURULTAYI KEÇİRİLMİŞDİR

Frankfurt-Mayn, 14 aprel (AZƏRTAC). Aprelin 14-də Almaniyanın Frankfurt-Mayn şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) üçüncü qurultayı keçirilmişdir.

Qurultayı AAK-ın prezidenti Natiq Ağamirov açmışdır. O, giriş nitqində Konqresin yaradılması tarixinə qısaca toxunmuşdur. N.Ağamirov bildirmişdir ki, qurultayın işində Avropadakı Azərbaycan diaspor təşkilatlarının hamısının nümayəndələri iştirak edir.

Azərbaycan Respublikasının dövlət himni ifa edilmiş, sonra qurultay işə başlamışdır. Azərbaycanın Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qurultay iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamını çatdırmışdır. O, diaspor quruculuğu sahəsində iş, dövlətimizin bu sahəyə diqqəti və qayğısı haqda söhbət açmış, Avropa Azərbaycanlıları Konqresinin uğurlu fəaliyyətini qeyd etmişdir. Natiq öz çıxışında Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə də toxunmuş və xüsusi qeyd etmişdir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bütün əraziləri, o cümlədən ölkəmizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ işğaldan azad edilməyincə qardaş Türkiyə təcavüzkarlara sərhədin açılması kimi səxavətli “hədiyyə” etməməlidir.

N.İbrahimov artıq tarixə düşmüş “Bir millət, iki dövlət” ifadəsini xatırladaraq vurğulamışdır ki, bir xalqın iki diasporu ola bilməz. Türkiyə və Azərbaycan diaspor təşkilatları həmişə vahid cəbhə şəklində çıxış etmişlər və bundan sonra da belə davam edəcəklər. Onlar heç vaxt öz aralarında hər hansı ayırıcı hədd qoymamışlar. Buna görə də Türkiyə-Azərbaycan qardaşlığına nifaq salmaq istəyən qüvvələrin öz məqsədlərinə çatmasına yol verilməməlidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilənə qədər sərhədin açılması bizim çoxəsrlik qardaşlığımıza ciddi zərbə vurardı. N.İbrahimov xatırlatmışdır ki, Azərbaycan diasporunun keçirdiyi tədbirlərdə heç vaxt elə hal olmamışdır ki, kim isə dünya ermənilərinin qondarma “soyqırımı” barəsində müxtəlif qətnamələrin xarici ölkələrin parlamentlərindən “keçirilməsi” üçün səylərinə birgə müqavimət göstərməsinə, necə deyərlər, “bu bizim işimiz deyil” mövqeyindən yanaşmış olsun. Azərbaycan xalqı bu məsələni həmişə öz məsələsi hesab etmişdir. Xalqımız inanır ki, türk qardaşlarımız da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin özünün ağrılı yeri saymaqda davam edəcək və Azərbaycanın işğal edilmiş əraziləri azad edilməyincə Ankara Ermənistanla sərhədləri açmayacaqdır.

Sonra Azərbaycan dövlətçiliyinin təşəkkülündən, gənc dövlətimizin müstəqilliyinin möhkəmlənməsində, Azərbaycan diasporunun təkamülündə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin tarixi rolundan, müstəqil Azərbaycan Respublikasının qısa tarixi ərzində diasporun qurultayları və çoxsaylı forumlarından, Vətənimizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizə dövlətimizin diqqət və qayğısından bəhs edən “50 milyonluq xalqıq” adlı sənədli film nümayiş etdirilmişdir.

Sonra qurultayın mandat komissiyası və katibliyi seçilmişdir. AAK-ın axırıncı qurultayından sonrakı dövrdə görülmüş iş haqqında hesabat məruzəsi ilə AAK-ın prezidenti Natiq Ağamirov çıxış etmişdir.

Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov da qurultayda çıxış etmişdir. Diplomat bu qurultayın məhz Almaniyada keçməsi faktından məmnun olduğunu bildirmiş və bu məsələdə Samirə Patser-İsmayılova başda olmaqla Almaniya Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzinin böyük rol oynamasını xüsusi qeyd etmişdir. Onun sözlərinə görə, həmin mərkəzin yaradılması Almaniyanın çoxsaylı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi işində mühüm addım olmuş və bu təşkilatların işinin səmərəsini artırmışdır.

Sonra Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlıya söz verilmişdir. O, razılıq hissi ilə qeyd etmişdir ki, Azərbaycan və Türkiyə ictimaiyyətinin sıx birliyi sərhədin açılması məsələsini Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi mövzusundan ayırmağa çalışan müəyyən qüvvələrin planlarını alt-üst etmişdir.

Qurultayda, həmçinin Almaniya Bundestaqının deputatı Həqqi Kəskin, Azərbaycan-Mayns Cəmiyyətinin sədri Bəşər Kömür, Türkiyə-Azərbaycan Cəmiyyətləri Federasiyasının sədri Bilal Dundar da çıxış etmişlər. Onlar qardaş türk xalqları arasında həmrəyliyi daha da möhkəmlətməyin zəruri olduğunu vurğulamışlar.

Sonra qurultayın işində fasilə elan edilmişdir. Fasilədən sonra qurultay öz işini davam etdirmişdir.

Niderland-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Sahil Qasımov çıxış edərək Benilüks Azərbaycanlılar Konqresinin yaradılması tarixi, bu təşkilatın Benilüks ölkələrindəki çoxsaylı qardaş icmalarla əməkdaşlığı haqqında qısa məlumat vermiş, Heydər Əliyev Fondunun Vətəndən uzaqlarda yaşayan azərbaycanlılara böyük qayğı göstərməsini qeyd etmişdir. O, Fondun köməyi ilə bu yaxınlarda açılmış Azərbaycan məktəbini xatırlatmışdır.

Sonra Almaniya Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzinin (AAƏM) icraçı direktoru Samirə Patser-İsmayılova təmsil etdiyi təşkilatın hesabat dövründəki fəaliyyəti barədə söhbət açmışdır. O qeyd etmişdir ki, AFR-də 50-yə yaxın diaspor təşkilatı fəaliyyət göstərir və AAƏM-in vəzifəsi bu təşkilatların fəaliyyətini əlaqələndirmək, diasporun işi barədə hər iki ölkənin ictimaiyyətini, hökumət təşkilatlarını və kütləvi informasiya vasitələrini məlumatlandırmaqdır. Başqa türk və yəhudi təşkilatları ilə əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmışdır.

Rumıniya Azərbaycanlı Gənclər Assosiasiyasının sədri İqbal Hacıyev diasporun fəaliyyəti və ölkədə keçirilmiş tədbirlər haqqında məlumat vermişdir. Qurultayda diasporun fəalları - Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Nüsrət Dilbəstə, “Ana Vətən” Avropa Azərbaycan Qadınları İttifaqının sədri Gülşən Kazımova (Niderland), Ukrayna Azərbaycanlılar Konqresinin sədri Akif Gülməmmədov, Fransadakı “Azərbaycan evi” diaspor təşkilatının rəhbəri Mustafa Əlincə çıxış etmişdir. Onlar Azərbaycan məktəblərinin açılması, diaspor təşkilatları ilə diplomatik missiyalar arasında daha sıx əməkdaşlıq əlaqələri qurulması məsələlərinin zəruriliyini vurğulamışlar. Norveçdəki Azərbaycan Gəncləri Cəmiyyətini təmsil edən Ramil Əliyev Azərbaycan ilə Norveç arasında tələbə mübadiləsi və təşkilatın bu istiqamətdə apardığı iş barədə məlumat vermişdir. Bildirilmişdir ki, 31 nəfər Norveç sakini Azərbaycanın ali məktəblərində öz hesabına təhsil almağa getmişdir. Bu, avropalıların nəzərində ölkəmizin imicinin dəyişməsinə dəlalət edir. Diaspor fəalı qurultay iştirakçılarına təmsil etdiyi Cəmiyyətin “Milli cəmiyyət” statusu alması barədə də məlumat verərək qeyd etmişdir ki, bu status bütün ölkədə bölmələri olan təşkilatlara verilir.

Çıxışlardan sonra Avropadakı yeni diaspor təşkilatlarının AAK üzvlüyünə qəbul edilməsi məsələsi müzakirə olunmuşdur. Qurultay AAK-ın təşkilati strukturuna da bəzi dəyişikliklər etmişdir.

İştirakçılar qurultayın yekun sənədlərini yekdilliklə qəbul etmiş və AAK-ın rəhbər orqanlarını - icraiyyə komitəsini və nəzarət-təftiş komissiyasını seçmişlər. AAK-ın yeni prezidenti vəzifəsinə “Maynts-Azərbaycan Cəmiyyətinin sədri Bəşər Kömür seçilmişdir. Türkiyə-Azərbaycan Cəmiyyətləri Federasiyasının sədri Bilal Dundar və Niderland-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Sahil Qasımov AAK prezidentinin birinci müavinləri vəzifəsinə seçilmişlər.

AAK-ın 5 vitse-prezidenti seçilmişdir. Bunlar Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Estoniya parlamentinin deputatı Eldar Əfəndiyev, UAK sədri Akif Gülməmmədov, Fransadakı “Azərbaycan evi” diaspor təşkilatının rəhbəri Mustafa Əlincə və AAƏM-in icraçı direktoru Samirə Patser-İsmayılovadır. AAK-ın tərkibində gənclər təşkilatı yaradılması da qərara alınmışdır.

Qurultay iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.

Bununla da AAK-ın üçüncü qurultayı öz işini başa çatdırmışdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Frankfurt-Mayn

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-Lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi VİDEO

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb VİDEO

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır