Fransa İsraildəki səfirliyini Qüdsə köçürməyəcək
Bakı, 15 may, AZƏRTAC
Fransa hökuməti İsraildəki səfirliyini Qüdsə köçürməyə hazırlaşmır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Benjamen Qrivo mayın 15-də BFM-TV telekanalının efirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Fransa öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyi planlaşdırmır. “O hazırda harada yerləşirsə, orada da qalacaq”, - deyə Qrivo təsdiqləyib.
Siyasətçi ölkəsinin Yaxın Şərqdə yeni gərginlik ocağının yaradılmasına qarşı olduğunu qeyd edib. Fransa hökumətinin əvvəllər də Donald Trampın ABŞ diplomatik nümayəndəliyinin Qüdsə köçürmək qərarına neqativ yanaşdığını bildirən Qrivo, habelə Parisin yəhudi və ərəb ölkələrinin Qüdsdəki hüquqları barədə mövqeyini xatırladıb: “Fransa bu ərazidə ümumi paytaxta malik iki dövlətin mövcudluğunun tərəfdarıdır. Bu, bizim daimi mövqeyimizdir”, - deyə hökumət nümayəndəsi vurğulayıb.
Qrivo Fransa Prezidenti Emmanuel Makronun öz bəyanatında fələstinli etirazçılara qarşı zorakılıq hallarını qınadığını da diqqətə çatdırıb.
Qeyd edək ki, son məlumata əsasən İsrail ordusunun Qəzza sektorunda hərbi güc işlətməsi nəticəsində həlak olan fələstinlilərin sayı 59 nəfərə çatıb, 2,7 min nəfər isə xəsarət alıb. Onlardan 1359-u odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]