Fransa Ukrayna əsgərlərinə Polşada təlim keçəcək
Bakı, 3 fevral, AZƏRTAC
Fransa Avropa İttifaqının (Aİ) Ukraynaya “Hərbi dəstək missiyası” çərçivəsində Ukrayna qüvvələrinə təlim keçmək üçün Polşaya 150 təlimçi əsgər göndərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina rəsmi tviter hesabında yazıb.
O xatırladıb ki, Aİ 2022-ci ilin oktyabrında üzv dövlətlərdəki mərkəzlərdə 15 min əsgərə təlim keçmək məqsədilə Ukrayna üçün “Hərbi yardım missiyasını” yaradıb.
Sözügedən missiya çərçivəsində iki əməliyyat komandanlığından birinin Polşada, digərinin isə Almaniyada olduğunu ifadə edən L.Jasina bunları qeyd edib: “Fransa Aİ-nin Ukraynaya “Hərbi yardım missiyası” çərçivəsində Polşaya 150 əsgər göndərəcək. Bu əsgərlər hərbi əməliyyatlarda iştirak edəcəklər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]