DÜNYA
Fransada bələdiyyə seçkilərinin ikinci turu cari ilin payızında keçirilə bilər
![Fransada bələdiyyə seçkilərinin ikinci turu cari ilin payızında keçirilə bilər](/files/2020/2/1200x630/15885895114033426481_1200x630.jpg)
Paris, 4 may, AZƏRTAC
Fransada bələdiyyə seçkilərinin ikinci turu sentyabrın 27-dən oktyabrın 4-dək keçirilə bilər. Martın 15-də keçirilmiş bələdiyyə seçkilərinin ikinci turunun keçirilməsi ilə bağlı qanun layihəsinin hazırlandığı bildirilib.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər naziri Kristof Kastaner bələdiyyə seçkilərinin ikinci turunun sentyabrın sonunda keçirilməsi ehtimalı üzərində iş getdiyini, lakin bunun da hələ dəqiq informasiya olmadığını vurğulayıb. Bildirilib ki, layihənin mətni nazirlər şurası tərəfindən qəbul edilməzdən əvvəl dövlət şurasına təqdim ediləcək, sonra iyulun sonu və ya avqustun əvvəlində parlamentdə səsə qoyulacaq.
Qeyd edək ki, bələdiyyə seçkilərinin ikinci turunda bələdiyyə şurasının seçilmədiyi 4 800 kommunada seçki keçiriləcək. Bundan əvvəl bələdiyyə seçkilərinin cari ilin payızında və ya gələn ilin martında keçirilməsi ilə bağlı fikirlər söylənilmişdi.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris