Fransada reanimasiyadakı xəstələrin sayı azalır
Paris, 14 aprel, AZƏRTAC
Fransada 5-ci gündür ki, reanimasiyada xəstələrin sayı azalır.
AZƏRTAC xəbər verir ki, Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon bir gündə reanimasiyada xəstələrin sayının 24 nəfər azaldığını deyib.
Qeyd edib ki, ölkədə koronavirusa yoluxanların sayı 98 min 76-ya çatıb. Epidemiya başlayandan yeni koronavirusdan 14 min 967 nəfər ölüb. Onlardan 574-ü son bir sutka ərzində olmaqla, xəstəxanalarda 9 min 588, qocalar evlərində isə 5 min 379 ölüm faktı qeydə alınıb.
Səhiyyə üzrə baş direktoru bildirib ki, bu gün xəstəxanalarda 32 min 113 xəstə var. Reanimasiyalarda 6 min 821 ağır xəstə koronavirus ilə mübarizə aparır. Bir gün ərzində 2 min 673 yeni yoluxma qeydə alınıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]