Fransada yaşayan azərbaycanlı tədqiqatçıların Şuşaya səfəri başlayıb
Şuşa, 29 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçıların işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar Şuşada tarixi məkanlarla, işğal dövründə ermənilərin törətdikləri dağıntılarla, həmçinin hazırda Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olacaqlar.