Funksional diaqnostika haqqında kitab nəşr edilib
Bakı, 15 mart, AZƏRTAC
Tibb Universitetinin “Terapevtik və pediatrik propedevtika” kafedrasının professoru, Səhiyyə Nazirliyinin baş terapevti Yaqub Qurbanovun “Daxili xəstəliklərin diaqnostikasında instrumental və laborator müayinə üsulları” (funksional diaqnostika) kitabı nəşr edilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iki cilddən ibarət kitabda daxili xəstəliklərin diaqnostikasında daha geniş tətbiq edilən laborator və instrumental müayinə üsulları və onların diaqnostik meyarları geniş şərh edilir. Dərslikdə təqdim edilən üsulların aparılma qaydası, onların təyininə göstəriş və əks göstərişlər, alınan nəticələrin təhlili və onların diaqnostik əhəmiyyəti göstərilib.
“Daxili xəstəliklərin diaqnostikasında instrumental və laborator müayinə üsulları” kitabı ali tibb təhsil alan tələbələr, ixtisasartırma kurslarında təkmilləşən həkimlər, həmçinin funksional diaqnostika sahəsində öz biliklərini artırmağa çalışan müxtəlif ixtisaslı həkimlər üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]