“Futbol həftəsi” turnirinin qalibləri mükafatlandırılıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar arasında “Futbol həftəsi” turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, həm sağlam, həm də əqli imkanları məhdud idmançılar arasında keçirilən turnirdə 20-dən artıq komanda mübarizə aparıb.
Yarışın yekununda fərqlənən komandalar kubok və medallarla təltif ediliblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil edilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.