Futbol üzrə İngiltərə kuboku: “Mançester Yunayted” qələbə qazansa da finala çıxa bilməyib
Bakı, 30 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 29-da futbol üzrə İngiltərə kubokunun ikinci yarımfinal oyununun cavab görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, “Etihad” stadionunda “Mançester Siti” klubu “Mançester Yunayted” komandasını qəbul edib. Görüş “Mançester Yunayted” komandasının 1:0 (Nemanya Matiç, 35-ci dəqiqə) hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə “Mançester Yunayted” klubunun finala çıxması üçün yetərli olmayıb. Belə ki, Ule Qunnar Sulşerin yetirmələri öz meydanında keçirdikləri ilk oyunda 3:1 hesabı ilə məğlub olmuşdular.
“Mançester Siti” finalda iki oyunun nəticəsinə əsasən (1:1, 2:1) “Lester Siti”ni məğlub edən “Aston Villa” klubu ilə qarşılaşacaq.
Final görüşü martın 1-də keçiriləcək.