Futzal üzrə Azərbaycan millisi Xorvatiya yığması ilə qarşılaşıb
Bakı, 30 yanvar, AZƏRTAC
Futzal üzrə dünya çempionatının elit-raund mərhələsi çərçivəsində Azərbaycan milli komandası yanvarın 29-da ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, “Qradski vrt Arena”da Xorvatiya yığması ilə qarşılaşan komandamız məğlub olub - 0:2.
Millimiz növbəti oyununu yanvarın 30-da Bakı vaxtı ilə saat 20:00-da Rusiya yığmasına qarşı keçirəcək.