Gədəbəy və Şəmkir sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri cavablandırılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev sentyabrın 18-də Gədəbəy rayonunda Gədəbəy və Şəmkir rayonlarının sakinlərini qəbul edib.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qəbul zamanı vətəndaşların məşğulluq, əlillik, pensiya, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciətləri cavablandırılıb. Müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.