“Gələcəyin müəllimi” musiqi müsabiqəsinin qalibləri mükafatlandırlıb
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə layihəsi olan “Gələcəyin müəllimi” musiqi müsabiqəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov və ADMİU-nun rektoru professor Ceyran Mahmudova müsabiqə iştirakçıları, professor-müəllim heyəti və təşkilatçılara təbriklərini çatdırıb, bu cür müsabiqələrin gənc müəllimlərin peşəkar inkişafında, yaradıcılıq potensialının üzə çıxarılmasında və gələcəyin pedaqoqlarının formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Daha sonra qaliblərə diplom və mükafatlar təqdim edilib.
Mükafatlandırma mərasimindən sonra müsabiqə iştirakçılarının ifasında zəngin və rəngarəng konsert proqramı təqdim edilib.