GƏMİDƏ MUZEY AÇILMIŞDIR
Yazıçı və dramaturq Əli Səmədlinin təşəbbüsü ilə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Göyçay” hərbi gəmisində “Göyçay” muzeyi yaradılmışdır. Muzeydə ilk nəzərə çarpan bu rayonun xəritəsi oldu. Xəritəyə baxan hər bir tamaşaçı Göyçayın kəndləri və ərazisi barədə ətraflı məlumat ala bilər. Muzeydə Göyçayın yetirməsi olan Sovet İttifaqı Qəhrəmanlarının, generalların, bir sıra görkəmli ədəbiyyat və incəsənət xadımlərinin səliqə ilə çərçivəyə salınmış şəkilləri, iki yüzdən artıq bədii və elmi ədəbiyyat vardır. Göyçayın görməli yerlərinin də fotoşəkilləri tamaşaçılarda xoş təəssürat oyadır. Açılış mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Şahin Sultanov, 1-ci dərəcəli kapitan Rakif Hüseynov çıxış edərək iştirakçıları, o cümlədən Göyçay rayon ictimaiyyətinin nümayəndələrini salamladılar, muzeyin təşkili ilə bağlı bu xeyirxah işdə əməyi olanlara, xüsusən onun təşəbbüskarı Əli Səmədliyə öz təşəkkürlərini bildirdilər. Qeyd olundu ki, bu muzey Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələrinin möhkəmləndirilməsində mühüm addımlardan biridir. Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xüsusi xidmətləri olan Göyçayın görkəmli adamları barədə danışan Əli Səmədli bildirdi ki, o, muzeyin eksponatlarla zənginləşməsində bundan sonra da öz köməyini əsirgəməyəcəkdir. Axırda Əli Səmədli göyçaylılar adından gəminin xatirə kitabına ürək sözlərini yazdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]