ELM VƏ TƏHSİL
Gənc Müəllimlər Məktəbinin növbəti onlayn seminarı
![Gənc Müəllimlər Məktəbinin növbəti onlayn seminarı](/files/2020/2/1200x630/15885923133520255985_1200x630.jpeg)
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İxtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyevanın təşkilatçılığı ilə Gənc Müəllimlər Məktəbinin növbəti onlayn seminarı keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, budəfəki seminarda təlimçi qismində çıxış edən İKT mərkəzinin direktoru Sərxan Talıbzadə “Məlumatların vizuallaşdırılması və infoqrafika” mövzusu üzrə maraqlı nüanslara toxunub. Belə ki, izafi informasiya ilə zəngin dövrümüzdə data analitikasının köməyilə biliyin və faktların çatdırılması texnologiyalarına tələbin artması fonunda qeyd edilən mövzunun aktuallığı və əhəmiyyəti daha da qabarıq görünür. Əvvəlcə infoqrafikanın növlərindən bəhs edən təlimçi daha sonra data analitikasının nəzəri əsaslarını praktiki nümunələrlə göstərərək, vizullaşdırma elementlərinin yerində istifadə texnikasından danışıb.
Videokonfransın sonunda istifadə edilmiş mənbələr, müvafiq elementlərin hazırlanması üçün nəzərdə tutulmuş onlayn servislərin ünvanları istifadəçilər ilə paylaşılıb.