MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının oktyabr repertuarı maraqlı tamaşalarla zəngindir
AZƏRTAC xəbər verir ki, oktyabrın 4-də C.Cabbarlının “Aydın”, 5-də U.Şekspirin “Romeo və Culyetta”, 8-də teatrın kiçik səhnəsində R.Ağayev “Bir gecənin nağılı” tamaşaları göstəriləcək.
Teatrın kollektivi oktyabrın 11-də Ə.Əmirlinin “Mən səni sevirəm - MSS”, 12-də S.Rüstəmin “Çimnaz xanım yuxudadır”, 15-də kiçik səhnədə M.Vahidzadənin “Bir səbət tənhalıq” tamaşalarını təqdim edəcək.
L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası oktyabrın 18-də, İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” 19-da nümayiş olunacaq.
Oktyabrın 22-də M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, 25-də Elçinin “Buzovna kəndinin əhvalatları”, 26-da T.Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşaları oynanılacaq.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi həmişə olduğu kimi, oktyabr ayında da uşaqları unutmayıb. Oktyabrın 4-də A.Tolstoyun “Buratinonun macəraları”, 5-də A.Lindqrenin “Balaca və damda yaşayan Karlson”, 11-12-də isə “Qoğal”ın premyerası olacaq.
Uşaqlar oktyabrın 18-də Y.Şvartsın “Qırmızı papaq”, 19-da “Göyçək Fatma”, 25-də K.Ağabalayevin “Şahzadə Xəzərin nağılı”na baxa bilərlər.
Teatrın kollektivi oktyabrın 26-da P.Pançevin “Dörd əkizin nağılı”, 29-da Dilsuzun “Əlincə qalası” tamaşalarını göstərəcək.