Gəncə sakinində silah aşkarlanıb
Bakı, 15 may, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini Sabir Abdullayev saxlanılaraq polis bölməsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd atəşə yararlı, “revolver” tipli tapança aşkar edilərək götürülüb.
Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [13:22]
Binəqədi rayonunda ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
- 19.06.2026 [13:15]
“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib
- 19.06.2026 [13:03]
Yol polisi piyadaları maarifləndirir
- 19.06.2026 [12:49]
Dövlət qulluğu və media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqlənib
- 19.06.2026 [12:44]