REGİONLAR
Gəncədə Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar şagirdlərə kitablar hədiyyə olunub






Gəncə, 14 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxış edərək, gələcəyimizin qurucuları olan uşaqların dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib olmasını xatırladıb. Uşaqları kitab oxumağa, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı öyrənməyə dəvət edib.
Tədbirin davamında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şagirdləri Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə təbrik edib.
Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov isə mütaliə etməyin vacibliyindən danışıb.
Məktəblilərin ifasında müxtəlif kompozisiyalar təqdim edilib. Sonda nailiyyəti ilə seçilən 100-dək şagirdə kitab hədiyə edilib.