GƏNCƏDƏ DÜNYA STANDARTLARINA CAVAB VERƏN YENİ PERİNATAL MƏRKƏZ YARADILIR
Gəncədəki 2 nömrəli doğum evinin bazasında dünya standartlarına cavab verən yeni perinatal mərkəz yaradılır.
Ötən ilin avqust ayından başlayan inşaat işləri artıq başa çatmaq üzrədir. Respublikamızda Bakıdan sonra Gəncədə açılacaq bu mərkəzdə təhlükəsiz və sağlam doğuşun həyata keçirilməsi üçün lazım olan bütün şərait nəzərdə tutulmuşdur. Burada hamilə qadınların, yeni doğulmuş uşaqların müayinəsi və müalicəsi ən yüksək səviyyədə həyata keçiriləcəkdir.
Mərkəzin baş həkimi Sevda Bünyadzadə AZƏRTAC-a demişdir ki, yeni səhiyyə ocağında fizioloji doğum, yeni doğulmuşlar, patoloji hamiləlik, ginekologiya, reanimasiya və uşaqlara ikinci mərhələdə qulluq şöbələri fəaliyyət göstərəcəkdir. 110 çarpayılıq perinatal mərkəzin palatalarında sanitar qovşaqlar olacaq, digər şərait yaradılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]