GƏNCƏDƏ GƏNCLƏRİN ÜMUMŞƏHƏR TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gəncədə gənclərin ümumşəhər toplantısı keçirilmişdir.
Gənclər və idman naziri Azad Rəhimovun iştirakı ilə keçirilən tədbirdən əvvəl Gəncənin Heydər Əliyev prospektində yaradılmış nümunəvi məhəllənin açılışı olmuşdur. Məhəllədəki fəvvarə, idman meydançaları, yaşıllıqlar, işıqlandırma avadanlıqları mərasim iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Elə buradaca məhəllələrarası mini futbol turnirinə start verilmış və 50-dən artıq komandanın iştirak etdiyi yarışın bayrağı qaldırılmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət edildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin iclas salonunda gənclərin ümumşəhər toplantısı öz işinə başlamışdır.
Toplantını şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov açaraq belə bir tədbirin keçirilməsini şəhərin ictimai-siyasi həyatında əlamətdar hadisə kimi qiymətləndirmiş və əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilən dövlət gənclər siyasətinin təntənəsi kimi dəyərləndirmişdir.
Sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Möhsüm Hüseynovun gəncəli gənclərin şəhərin və eləcə də respublikamızın ictimai-siyasi həyatında rolundan bəhs edən məruzəsi dinlənilmişdir.
Məruzə ətrafında YAP Gəncə şəhər təşkilatı gənclər birliyinin sədri Ramil İbrahimov, Gəncə Dövlət Universitetinin 3-cü kurs tələbəsi Elnur Həsənov,”Gələcəyə körpü” Gənclər İctimai Birliyinin sədri Müşfiq Cəfərov, gənc sahibkar Lalə Abdullayeva və başqaları çıxış edərək son illər bölgədə irimiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanda qazanılan iqtisadi uğurlardan danışmışlar.
Salonda qoyulmuş mikrofonlar vasitəsilə gənclərin söylədikləri fikirlər, qaldırdıqları məsələlər toplantının daha iişgüzar keçməsinə səbəb olmuşdur.
Toplantıda gənclər və idman naziri Azad Rəhimov geniş nitq söyləmişdir. O, ölkəmizdə sağlam düşüncəli və əsl vətənpərvər ruhda böyüyən gənclərimizin dövlət qayğısı ilə əhatə olunmalarından danışmışdır. Nazir bu qayğıya çalışdıqları sahələrdə qazandıqları uğurlarla cavab verən gənclərimizə bundan sonrakı fəaliyyətlərində də nailiyyətlər qazanmağı arzulamışdır.
Sonra bu ilin oktyabrında Bakıda keçiriləcək Azərbaycan gənclərinin 5-ci respublika forumuna nümayəndələr seçilmişdir.
Axırda toplantı iştirakçıları adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [18:51]
HDQ-də döyüş atışlı taktiki təlim olub
- 12.06.2026 [18:46]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:44]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:28]