Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb
Vaşinqton, 12 iyun, AZƏRTAC
İranın saxta xəbərlərə sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir əlaqəsi yoxdur.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, onların razılaşma ilə bağlı səsləndirdikləri bəyanatlar həqiqəti əks etdirmir. Tramp, həmçinin ötən gecə Hörmüz boğazından çıxan Hindistan gəmilərinə qarşı həyata keçirilən dron hücumunu qəbuledilməz adlandırıb.
“Onlar özlərini düzəltməlidirlər və bunu təcili şəkildə etməlidirlər”,- deyə ABŞ Prezidenti əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]