GƏNCƏDƏ HEYDƏR ƏLİYEVİN ADINI DAŞIYAN PARKDA ÜMUMŞƏHƏR İMƏCİLİYİ KEÇİRİLMİŞDİR
Gəncədə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda ümumşəhər iməciliyi keçirilmişdir. Şəhərin bütün idarə və müəssisələrinin, ali və orta ixtisas məktəbləri kollektivlərinin iştirak etdikləri iməcilik zamanı 379 hektar sahəni əhatə edən parkda ağacların dibi bellənmiş, qurumuş budaqlar kəsilmiş, səki daşları ağardılmış, ərazi tullantılardan təmizlənmiş, səliqə-sahman yaradılmışdır.
1979-cu ildə ulu öndərin təşəbbüsü ilə salınmış parkda iməcilik başa çatdıqdan sonra iştirakçılar Heydər Əliyevin 1980-ci ildə öz əlləri ilə əkdiyi çinar ağacının ətrafına toplaşmış və burada dahi şəxsiyyətin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Şəhər ictimaiyyəti nümayəndələrinin təşəbbüsü ilə keçirilən iməciliyin dahi rəhbərin ad gününədək davam etdirilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]