Gəncədə Ramazan ayının mənəvi dəyərlərindən danışılıb
Gəncə, 20 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhərində “Ramazan ayı: İslamın iftar mədəniyyəti və həmrəylik ruhu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın regional bölməsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin qazıları hacı Tahir Abbasov, Anar Orucov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxışlarda Ramazan ayının bütün müsəlman dünyasında birlik, bərabərlik ayı olduğu qeyd edilib. Dini həmrəyliyin qorunub saxlanılması üçün din xadimlərinin və dini icmaların üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.
Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.