Gəncədə “Sağlam ruh - Xoşbəxt gələcək” layihəsi çərçivəsində təlimlərə start verilib
Gəncə, 25 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhərində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olmuş “Sağlam ruh - Xoşbəxt gələcək” layihəsinin ilk təlimi keçirilib. Təlim M.Mehdizadə adına 4 nömrəli xarici-dillər təmayüllü məktəb-liseydə baş tutub. Layihədə məktəbin IX sinif şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin psixoloqu şagirdlərlə psixoloji müşahidələr aparıb, interaktiv oyunlar keçirib. Şagirdlər onları narahat edən problemləri psixoloqa ünvanlayıb.
Bildirilib ki, layihə müddətində, həmçinin valideynlərlə görüşlərin keçirilməsi də planlaşdırılır.