Gəncədə Türkiyə Cümhuriyyətinin 90 illiyi qeyd edilmişdir
Gəncə, 30 oktyabr (AZƏRTAC). Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyəti yaranmasının 90 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş Konsulu Haluk Ağca 1919-1923-cü illərdə Mustafa Kamal Paşanın (Atatürk) rəhbərliyi ilə həyata keçirilən istiqlal mübarizəsi nəticəsində öz müstəqilliyini bərpa edən Türkiyənin qazandığı uğurlardan danışmış, qardaş Azərbaycan Respublikası ilə qurulan əlaqələrin verdiyi bəhrələri diqqətə çatdırmışdır.
Yubiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək tarixi köklərə söykənən hər iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərinin bəhrələrindən söhbət açmışdır. Sonra yubiley tədbiri musiqi sədaları altında davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:50]
Nasar Hayat: "ASAN xidmət" modeli beynəlxalq səviyyədə də tanınır
- 17.06.2026 [10:38]
Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
- 17.06.2026 [10:04]
MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək
- 17.06.2026 [09:10]
Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]