GƏNCƏDƏ XALQ ŞAİRİ NİGAR RƏFİBƏYLİNİN 95 İLLİYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 95 illiyi şairin doğulub boya-başa çatdığı Gəncədə təntənə ilə qeyd edilmişdir.
Xalq şairinin Xan bağında ucaldılmış abidəsi önündə keçirilən yubiley tədbirini Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar şöbəsinin sədri, əməkdar incəsənət xadimi, şair Məmməd Alim açaraq, Nigar Rəfibəylinin həyat və yaradıcılığından danışmışdır. Sonra şairin qələm yoldaşları ürək sözlərini söyləmiş, ona həsr etdikləri şeirlərini səsləndirmişlər.
Şəhər mədəniyyət və turizm idarəsinin rəisi Mina Məlikova, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov və başqaları çıxış edərək, Azərbaycan ədəbiyyatına yeniliklər gətirən xalq şairi Nigar Rəfibəylinin bir ana, əsl Azərbaycan qadını kimi yüksək mənəvi dəyərlərin təbliğindəki xidmətlərindən danışmışlar.
Yubiley tədbirində aktyorların ifasında şairin şeirlərindən nümunələr, incəsənət ustalarının ifasında isə sözlərinə bəstələnmiş mahnılar səsləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:14]
Bu gün Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]