GƏNCƏDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, bu fikirlər korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərin müzakirəsi ilə əlaqədar Gənclər və İdman Nazirliyinin respublika Baş Prokurorluğu ilə birgə Gəncədə təşkil etdiyi zona müşavirəsində səslənmişdir. 19 rayondan gəlmiş nümayəndələrin iştirakı ilə keçirilən tədbirdə bütün dünyada sosial bəlaya çevrilmiş korrupsiyanın törətdiyi bəlalardan söhbət açılmış, bu istiqamətdə reallaşdırılan tədbirlər ətraflı müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun qəbul edilməsi, respublikanın Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətə başlaması bu sahədə aparılan mübarizəyə xeyli təkan vermişdir. İdarəyə daxil olan 200-ə yaxın müraciətdən 40-ı araşdırılmaq üçün məhkəmələrə göndərilmişdir.
Müşavirədə, həmçinin korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində ictimaiyyətin rolunun gücləndirilməsi məsələsi müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]