CƏMİYYƏT
“Gənclər üçün müasir jurnalistika məktəbi” layihəsi həyata keçiriləcəkdir
Bakı, 11 noyabr (AZƏRTAC). Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən noyabrın 16-dan 19-dək “Gənclər üçün müasir jurnalistika məktəbi” layihəsi həyata keçiriləcəkdir.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə reallaşacaq layihə 100 nəfər fəal gənci bir araya gətirəcəkdir.
Layihə çərçivəsində gənclər üçün əsasən natiqlik bacarıqları, sosial şəbəkələrdən səmərəli istifadə, bloqların yaradılması, liderlik keyfiyyətləri, informasiya texnologiyalarından düzgün istifadə ilə bağlı praktiki təlimlər keçiriləcəkdir.
Layihənin məqsədi gənclərin internet jurnalistikaya olan maraqlarını daha da artırmaqdan ibarətdir. Layihədə 14-29 yaşlı şəxslər iştirak edə bilərlər. İştirakçılar seçim əsasında müəyyən olunacaqlar.
Müraciət etmək istəyənlər noyabrın 14-dək www.avpu.az/mediaschool linkinə daxil olub ərizə formasını doldurmalıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]