Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Lənkəranda vətəndaşları qəbul edib
Bakı, 24 yanvar, AZƏRTAC
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov yanvarın 24-də Lənkəran şəhərində Lənkəran, Lerik şəhər və rayonundan olan vətəndaşları qəbul edib. Qəbulda ümumilikdə 11 nəfər vətəndaş iştirak edib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, müraciətlər Gənclər evinin tikintisi, idman qurğularının avadanlıqlarla təmin olunması, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi və s. ilə bağlı olub.
Müraciətlərin bir qismi yerində həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyətı üzrə göndəriləcəyi bildirilib.