GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏ GÖRÜŞ
Y.Szaytsin bildirmişdir ki, Çinin 5 şəhərində keçiriləcək Olimpiya Oyunları üçün tikilən 37 idman qurğusu 2008-ci ilin əvvəllərinə qədər istifadəyə veriləcəkdir. 2007-ci ildən isə Çində idmanın Olimpiya Oyunlarının proqramına daxil olan 28 növü üzrə müxtəlif beynəlxalq yarışlar, dünya çempionatları və A kateqoriyalı turnirlər keçiriləcəkdir. Olimpiya Oyunlarında 10 min 500 idmançının və 7 minədək nümayəndənin iştirakı gözlənilir.
Respublikamızda da Pekin Yay Olimpiya Oyunlarına geniş hazırlıq işlərinin getdiyini qeyd edən Azad Rəhimov, Azərbaycanın 2016-cı il Olimpiya Oyunlarının Bakıda keçirilməsi üçün namizədliyini irəli sürəcəyini vurğulamışdır. Prezident İlham Əliyevin idmanın inkişafına verdiyi xüsusi diqqət və qayğını qonağın nəzərinə çatdıran nazir bildirmişdir ki, əgər 2004-cü ildə dövlət büdcəsindən idman sahəsinə 200 min ABŞ dolları məbləğində vəsait ayrılmışdısa, 2007-ci ildən bu məbləğ 30 dəfə artaraq 6 milyon 500 min dollar təşkil edəcəkdir. Bu isə idmançılarımızın beynəlxalq turnirlərə, xarici ölkələrdə təlim-məşq toplanışlarına daha tez-tez ezam olunmalarına imkan verəcəkdir.
Görüşdə qonaqlara xatirə hədiyyələri təqdim edilmişdir.