GİKM Qəbələ nümayəndəliyi gənc sahibkarları KOBİA-nın fəaliyyəti barədə məlumatlandırıb
Qəbələ, 28 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qəbələ nümayəndəliyinin təşkilatçılığı ilə Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Gənc sahibkarlara Dost dəstəyi” adlı görüş keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə GİKM Qəbələ nümayəndəliyinin direktoru Teymur Alşanov məlumat verib.
Bildirilib ki, görüş zamanı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şəki-Zaqatala Regional Koordinatoru Ruslan Qarayev iştirakçılara KOBİA-nın və Kiçik və Orta Biznesin Dostunun (KOB Dostu) fəaliyyəti barədə məlumat verib, sahibkarların qarşılaşdıqları problemlərdən, rayon və kənd yerlərində gənclərə, startapçılara və kiçik sahibkarlara KOBİA tərəfindən göstərilən dəstəkdən bəhs edib.