Goranboy şəhərində abadlıq-quruculuq işləri davam etdirilir
Goranboy, 13 avqust, Elcan Məmmədov, AZƏRTAC
Goranboy şəhərinin Mikayıl Müşfiq, İsmət Qayıbov və Civəzadə küçələrində abadlıq və yenidənqurma işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin ünvanlarda işıq dirəklərinin düzəldilməsi, qaz borularının rənglənməsi, rabitə xətlərinin dəyişdirilməsi və kanalizasiya qapaqlarının səliqəyə salınması ilə bağlı işlər həyata keçirilir.