Goranboyda COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində monitorinqlər aparılır
Goranboy, 16 avqust, Elcan Məmmədov, AZƏRTAC
Goranboy rayonunda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində mobil qruplar tərəfindən növbəti monitorinqlər aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, insanların tələb olunan qaydalara əməl etmələri ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilir. Şəhər sakinləri və ictimai iaşə obyektlərinin sahibləri ilə maarifləndirici söhbətlər zamanı vətəndaşlara tibbi maskadan, gigiyenik vasitələrdən istifadə etməyin, vaksinasiyadan keçməyin və ara məsafəsi saxlamağın vacibliyi bir daha qeyd olunur.