Goranboyda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Goranboy, 13 avqust, Elcan Məmmədov, AZƏRTAC
Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayonun Borsunlu kənd sakini Elçin Vəliyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evindən bir ədəd elektron tərəzi və marixuana aşkar edilərək götürülüb.
Maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslə bağlı Goranboy RPŞ-də araşdırmalar davam etdirilir.